Boyalar

SAF PLASTIK

Akrilik  kopolimer emulsiya  əsaslı , yüksək keyfiyyətli, mat görünüşlü dekorativ interyer boyasıdır. Səthə mükəmməl yapışır. Elastik strukturu hesabına çatlamır və tökülmür. Mükəmməl bəyzlıq və örtmə qabiliyyətinə  malikdir.

SAF PLUS

Akrilik  kopolimer emulsiya  əsaslı , yüksək keyfiyyətli, silinəbilən mat görünüşlü dekorativ interyer boyasıdır. Səthə mükəmməl yapışır. Elastik strukturu hesabına çatlamır və tökülmür. Mükəmməl bəyzlıq və örtmə qabiliyyətinə  malikdir.

SAF SIL

Yüksək keyfiyyətli, daxili işlər üçün silikonlu akrilik kopolimer əsaslı, ləkə tutmayan və qoxusu olmayan mat boyadır. Bu, boyalara tətbiq edilən ən yüksək tələblərə cavab verir. SAF SİL  hər növ səthə yapışmaq qabiliyyəti olan, yüksək keyfiyyətli, silinə bilən, çatlamayan və…

SAF TAVAN

Akrilik  kopolimer emulsiya  əsaslı , binaların tavanlarında istifadə edilən, mat görünüşlü, iç
tavan boyasıdır. Mükəmməl örtmə və yapışma qabiliyyətinə malikdir. Elastik struktutru hesabına çatlamır və tökülmür.

SAF FASAD

Yüksək keyfiyyətli, eksteryer işlər üçün akrilik kopolimer əsaslı, ləkə tutmayan və qoxusu olmayan
mat boyadır. Bu, boyalara tətbiq edilən ən yüksək tələblərə cavab verir. Vurulduğu səthlərdə mükəmməl yapışma xüsusiyyəti var, çatlamaz və asanlıqla silinəbilir.

SAF SİLAN

Yüksək keyfiyyətli, eksteryer işlər üçün silikonlu akril kopolimer əsaslı, ləkə tutmayan və qoxusu olmayan mat boyadır. Bu, boyalara tətbiq edilən ən yüksək tələblərə cavab verir. Vurulduğu səthlərdə mükəmməl yapışma xüsusiyyəti var, çatlamaz və asanlıqla silinəbilir.

SAF TEKSTUR

Yüksək keyfiyyətli, akrilik kopolimer əsaslı, mat və qrenli görünüşlü, yüksək örtücülüyə malik, nəmə ve suya dayanıqlı dekorativ son qat fasad boyasıdır. SAF  TEKSTUR  hər növ səthə yapışmaq qabiliyyəti olan, çatlamayan və tökülməyən fasad boyasıdır.

SAF AKRİLİK MƏCUN

Akrilik kopolimer əsaslı, yüksək keyfiyyətli fasad məcunudur. Tətbiq olunduğu səthə mükəmməl şəkildə yapışır. Yağış, nəm, günəş işığı kimi hər cür hava şərtlərinə, dəniz sahillərindəki duzlu nəmin dağıdıcı təsirinə qarşı olduqca dayanıqlıdır.

SAF SU TUT

Yüksək keyfiyyətli akrilik kopolimer emulsiya əsaslı, çox elastik, su izolyasiyası üçün təkmilləşdirilmiş ağ rəngli (üzəri boyana bilən) dekorativ su izolyasiya materialıdır. Tətbiq olunduğu səthə mükəmməl yapışır. Yüksək elastikliyə malikdir.

SAF SİLANASTAR

Yüksək keyfiyyətli, Silikon əsaslı, yüksək bağlayıcı gücə malik çöl cəbhə boya astarıdır. Tətbiq edildiyi səthə mükəmməl bir yapışma göstərir. Nəmə qarşı özəlliyi sayəsində yağış sularının sızmasının qarşısını alır. Üzərinə çəkiləcək boya üçün sağlam bir zəmin hazırlayır.

SAF SİNTETİK PARLAQ BOYA

Alkid bağlayıcı əsaslı yüksək keyfiyyətli və üstün xüsusiyyətlərə malik sintetik parlaq son qat boyadır. Parlaqlıq və örtmə qabiliyyəti yüksək,  fırça ilə asan çəkilməsi, tez quruyan, saralmayan və atmosfer şəraitinə qarşı dayanıqlıdır.

SAF SİTETİK MAT BOYA

Alkid bağlayıcı əsaslı, yüksək keyfiyyətli mat dekorativ boyadır. Asan tətbiq olunur. Kimyəvi və fiziki təsirlərə qarşı davamlılığı yeksəkdir.Örtmə qabiliyyəti və bəyazlığı mükəmməldir. Zaman keçdikcə saralmır…

SAF SINTETİK ANTİPAS BOYA

Alkid bağlayıcı əsaslı, paslanmaya qarşı metalı qoruyan, yüksək keyfiyyətli astar boyadır. Tətbiq olunduğu səthə mükəmməl şəkildə yapışır və yarımat təbəqə əmələ gətirir.  Nəm, su və duzlu suyun mənfi təsirlərinə qarşı dayanıqlıdır. Asan tətbiq olunur. Tez quruyur.

SAF SİNTETİK ALÜMİNİUM BOYA

Hidrokarbon qətran bağlayıcı əsaslı, istiliyə davamlı, alüminium piqmenti ilə zənginləşdirilmiş sonqat boyadır. Tətbiq olunduğu səthə mükəmməl şəkildə yapışır. Örtmə qabiliyyəti yüksəkdr. Asan tətbiq olunur.

SAF SİNTETİK PARLAQ PARKET LAKI

Uretan-alkid bağlayıcı əsaslı, birkomponentli, asan tətbiq edilə bilən, yüksək keyfiyyətli parlaq lakdır. Asan tətbiq edilir. Çızılmaya qarşı olduqca davamlıdır.  şəffaflığı və elastikliyi üstün xüsusiyyətlərindəndir.