SAF Sintetik Mat Boya

alışma dərəcəsi

Tərkibi:

Alkid bağlayıcı əsaslı, yüksək keyfiyyətli mat dekorativ boyadır.

Xüsusiyyətləri:

Asan tətbiq olunur. Kimyəvi və fiziki təsirlərə qarşı davamlılığı yeksəkdir.Örtmə qabiliyyəti və bəyazlığı mükəmməldir. Zaman keçdikcə saralmır, qabıq vermir və tökülmür.

Tətbiq sahələri:

Binaların daxili və xarici səthlərində, divar, taxta, metal kimi hər cür səthə son qat olaraq tətbiq edilir. İstifadə qaydası: SAF sintetik mat boya istifadə olunacaq səthlər yapışmanı azaldan köhnə boya qalıqlarından, yağ, kir və pasdan tamamilə təmizlənməlidir. Metal səthlər təmizlənib SAF Antipas boya ilə astarlandıqdan, yeni taxta səthlər isə hamarlandıqdan sonra SAF sellülozik dolğu ilə doyuzdurulduqdan sonra tətbiq edilməlidir.  Fırça ilə tətbiq zamanı 1 litr boya 150-200 ml, püskürtmə ilə tətbiq zamanı isə 200-250 ml tiner ilə incəldilməli, yaxşı qarışdırılmalı və ikiqat olaraq tətbiq olunmalıdır. Qatlar arası gözləmə müddəti 24 saatdır.   Sərfiyyat: 1 litr SAF SİNTETİK MAT  boya ilə tək qatda səthdən asılı olaraq 12-14 m² sahə boyana bilər (25±5µm qurumuş boya təbəqəsi qalınlığında).   Saxlama şərtləri: Ağzı açılmamış qutuda, sərin yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır. Saxlama müddəti: Ağzı açılmamış qabda 2 il Təhlükəsizlik şərtləri: S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 45/46 Qəza baş verdikdə özünüzü piss hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır. R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.