SAF Sintetik Parlaq Boya

Tərkibi:

Alkid bağlayıcı əsaslı yüksək keyfiyyətli və üstün xüsusiyyətlərə malik sintetik parlaq son qat boyadır.

Xüsusiyyətləri:

Parlaqlıq və örtmə qabiliyyəti yüksək,  fırça ilə asan çəkilməsi, tez quruyan, saralmayan və atmosfer şəraitinə qarşı dayanıqlıdır.

Tətbiq sahəsi:

Binaların daxili və xarici hissələrində, mebellərdə, kənd təsərrüfatı vasitələrində və buna bənzər hər növ taxta və metal səthlərdə istifadə edilir

İstifadə qaydası:

SAF sintetik parlaq boya tətbiq ediləcək metal səth pas, yağ, toz, köhnə boya qalıqları kimi yapşmanı əngəlləyəcək qalıqlardan təmizlənməlidir. SAF Antipas fırça və diyircək ilə tətbiq edildikdə 15-20%, püskürtmə ilə tətbiq edildikdə isə 20-25% tiner ilə incəldilməli, yaxşı qarışdırmalı və ikiqat tətbiq edilməlidir. Qatlar arası gözləmə müddəti 24 saatdır.

 

Sərfiyyat:

1 litr SAF SİNTETİK PARLAQ  boya ilə tək qatda astarlanmış səthlərdə 15-20 m² sahə, astarlanmamış səthlərdə 10-15 m² boyanır (30±5µm quru qat qalınlığında).

Saxlama şərtləri:

Ağzı açılmamış qutuda, sərin yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın.
S 16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun.
S 45/46 Qəza baş verdikdə özünüzü piss hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin.
S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.

R10 alovlana bilər. R20/21/22 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında sağlamlığa zərərlidir.