SAF Sintetik Parlar Parket Lakı

alışma dərəcəsi

Tərkibi:

Uretan-alkid bağlayıcı əsaslı, birkomponentli, asan tətbiq edilə bilən, yüksək keyfiyyətli parlaq lakdır.

Xüsusiyyətləri:

Asan tətbiq edilir. Çızılmaya qarşı olduqca davamlıdır.  şəffaflığı və elastikliyi üstün xüsusiyyətlərindəndir.  Tətbiq edildiyi səthləri çay, kofe, su kimi maddələrə qarşı qoruyur. Elastik struktura malikdir, çatlamır.

Tətbiq sahəsi:

Hər cür parket, döşəmə mozaikası və oxşar məhsulların kimyəvi və fiziki təsirlərdən qorunması məqsədilə istifadə edilir.

İstifadə qaydası:

Lak tətbiq ediləcək səthlər quru və təmiz olmalıdır. Laklı və ya cilalı parketlər mütləq sumbata kağızı ilə təmizlənməlidir. Parketdəki çuxur və aralıqlar yonqar lak qarışığından düzəlmiş məcun ilə doldurulur. Məcun quruduqdan sonra çıxıntılar cilalanır. 1 litr SAF SİNTETİK PARLAQ VERNİK  100-150 ml SAF SİNTETİK TİNER  ilə incəldilərək qatlar arası 24 saat gözləməklə 2-3 qat şəklində tətbiq edilir..Qatlar arasında 24 saat gözlənilməlidir. Uyğun tiner istifadə edilmədikdə bulanıqlılıq və gelləşmə ola bilər. İstifadə ediləcək səthin temperaturu +5°C ilə 30°C arası olmalıdır.

Sərfiyyat:

1 litr SAF SİNTETİK PARLAQ VERNİK  ilə 17-18 m² sahə laklanabilər (30 µm qurumuş lak təbəqəsi qalınlığında).

Saxlama şərtləri:

S 2 uşaqların əlçatan yerlərindən uzaq saxlayın. S 16 yanıcı maddə və alovdan uzaq saxlayın S 3/7/9 qabı bağlı halda, sərin və yaxı havalandırılan yerdə saxlayın. Ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

R 10 alovlanabilən. alışma tempereturu +36°C. R 20/21/22 tənəffüs zamanı və dəri ilə təmas zamanı, udulduqda zərərlidir.. S 51 yalnız yaxşı havalandırılan yerdə istifadə edin