SAF Tekstur

alışma dərəcəsi

Məhsul haqqında:

Yüksək keyfiyyətli, akrilik kopolimer əsaslı, mat və qrenli görünüşlü, yüksək örtücülüyə malik, nəmə ve suya dayanıqlı dekorativ son qat fasad boyasıdır.

Xüsusiyyətləri:

SAF  TEKSTUR  hər növ səthə yapışmaq qabiliyyəti olan, çatlamayan və tökülməyən fasad boyasıdır. Tənəffüs etmə qabiliyyətinə malikdir.  Atmosfer şəraitinə, günəş şüalarına qarşı qadayanıqlıdır.

Tətbiq sahələri:

SAF TEKSTUR binaların  çöl divarlarında, daha əvvəl  boyanmış  və  rəngini itirmiş səthlərdə, SAF MƏCUN ilə alt səth hazırlığı  olunmuş  səthlərdə son qat boya olaraq istifadə edilə bilər.

İstifadə qaydaları:

SAF TEKSTUR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Səth ilk öncə 1:7 nisbətində su ilə incəldilmiş SAF BİNDER astarı  ilə astarlanmalıdır .  SAF BİNDER  ilə astarlandıqdan  sonra ən az 5-6 saat gözlənilməli, daha sonra SAF AKRİLİK MƏCUN tətbiq olunmalıdır. SAF AKRİLİK MƏCUN  tam quruduqdan sonra  divar  təkrar 1:7 nisbətində su ilə incəldilmiş SAF BİNDER  astarı  ilə astarlanmalıdır. SAF BİNDER  ilə astarlandıqdan  sonra ən az 5-6 saat gözlənilməlidir. SAF TEKSTUR  istifadəyə hazırdır. Tərkibinə su qatılarsa boya teksturunu  itirə bilər. SAF TEKSTUR səthə xüsusi tekstur boya üçün nəzərdə tutulmuş diyircək vasitəsilə 1 qat şəklində tətbiq olunur. Fərqli naxışların əldə edilməsi üçün fərqli diyircəklərdən istifadə etmək mümkündür.

Sərfiyyat:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq 1 kq. FAB TEKSTUR (332) ilə 1-2m² sahə boyana bilər.

Saxlama şərtləri:

Ağzı açılmamış  qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş  şüalarının  təsirindən qorumaq şərti  ilə saxlamaq lazımdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.