Emulsiya Astarlar

SAF BINDER

Akrilik kopolimer bağlayıcı  əsaslı, yüksək keyfiyyətli, şəffaf, iç və çöl divar astarıdır. SAF BİNDER səthə mükəmməl yapışır, möhkəm bir səth yaradır. Son qat boyanı səthə daha yaxşı bağlayır və boya sərfiyyatını azaldır.

SAF SİL PRİM

Yüksək keyfiyyətli, Silikon əsaslı, yüksək bağlayıcı gücə malik çöl cəbhə boya astarıdır. Tətbiq edildiyi səthə mükəmməl bir yapışma göstərir. Nəmə qarşı özəlliyi sayəsində yağış sularının sızmasının qarşısını alır. Üzərinə çəkiləcək boya üçün sağlam bir zəmin hazırlayır.

SAF AKRİLİK MƏCUN

Akrilik kopolimer əsaslı, yüksək keyfiyyətli fasad məcunudur. Tətbiq olunduğu səthə mükəmməl şəkildə yapışır. Yağış, nəm, günəş işığı kimi hər cür hava şərtlərinə, dəniz sahillərindəki duzlu nəmin dağıdıcı təsirinə qarşı olduqca dayanıqlıdır.

SAF SU TUT

Yüksək keyfiyyətli akrilik kopolimer emulsiya əsaslı, çox elastik, su izolyasiyası üçün təkmilləşdirilmiş ağ rəngli (üzəri boyana bilən) dekorativ su izolyasiya materialıdır. Tətbiq olunduğu səthə mükəmməl yapışır. Yüksək elastikliyə malikdir.