SAF Sil Prim

alışma dərəcəsi

Məhsul haqqında:

Yüksək keyfiyyətli, Silikon əsaslı, yüksək bağlayıcı gücə malik çöl cəbhə boya astarıdır.

Xüsusiyyətləri:

Tətbiq edildiyi səthə mükəmməl bir yapışma göstərir. Nəmə qarşı özəlliyi sayəsində yağış sularının sızmasının qarşısını alır. Üzərinə çəkiləcək boya üçün sağlam bir zəmin hazırlayır. Tənəffüs edəbilmə özəlliyi ilə divardakı rütubətin xaricə atılmasının qarşısını alar. Tətbiq edilmiş səthin  su hopmasını azaldaraq boya sərfiyyatını azaldır.

Tətbiq sahələri:

Binaların üz və iç hissələrində hər cür divar və səthlərdə astar olaraq istifadə edilir.

İstifadə qaydaları:

SAF Sil Prim istifadə edilməzdən əvvəl qabarmış və qeyri sağlam görünüşlü səthlər qazılmalı, yağ və kir silinərək təmizlənməli, sonra astarlanmalıdır. Lazım gəldikdə səthdəki çuxur və çatlar SAF  məcun ilə düzəldilməlidir. İş prosesində 10%-15% su ilə incəltilərək 1-2 qat tətbiq edilir. Fırça və rulo ilə çəkilir. Qatlar arasında 2 saat gözlənilməlidir. Proses +50 C üzərində, % 80 rütubətin altında edilməlidir. Yeni suvanmış səthlərdə 21 gün ( 200 C-də) suvağın möhkəmlənməsini gözləmək lazımdır.

Sərfiyyat:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq 1lt. SAF SİLAN ASTAR  ilə 8-12m² sahə astarlana bilər.

Saxlama şərtləri:

Ağzı açılmamış  qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş  şüalarının  təsirindən qorumaq şərti  ilə. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

 Təhlükəsizlik şərtləri:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.