SAF Plastik

alışma dərəcəsi

Tərkibi:

Akrilik  kopolimer emulsiya  əsaslı , yüksək keyfiyyətli, mat görünüşlü dekorativ interyer boyasıdır.


Xüsusiyyəti:

Səthə mükəmməl yapışır. Elastik strukturu hesabına çatlamır və tökülmür. Mükəmməl bəyzlıq və örtmə qabiliyyətinə  malikdir. Nəfəs ala bilməsi sayəsində rütubətin xaricə çıxmasına kömək edir. Asan tətbiq olunur. Səthlərə mat, dekorativ görünüş verir.


Tətbiq sahəsi:

SAF PLASTİK binaların iç divar və tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, SAF MƏCUN və SAF ASTAR ALÇI , SAF SATEN ALÇI ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyana bilən divar kağızları üzərində son qat boya olaraq istifadə edilir.


İstifadə qaydası:

Boya tətbiq edilməzdən əvvəl qabarmış, çatlamış səthlər qaşınmalı, yağ və kir silinərək təmizlənməli və SAF binder ilə astarlanmalıdır. Birinci qat istifadəsində 20-25% su ilə, ikinci qat istifadəsində isə 10-15% su ilə incəldilərək 2 qat çəkilir. Fırça və ya diyircəklə tətbiq olunur. Qatlar arası gözləmə müddəti ətraf mühitin temperaturundan asılı olaraq 1-3 saatdır. Boyama işini havanın temperaturu +5C-+35C ə olduqda aparılması məsləhət görülür.


Sərfiyyat:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. SAF PLASTİK  ilə 6-7m² sahə boyanır.

Saxlanma şərtləri:

Ağzı açılmamış qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.