SAF Sil

alışma dərəcəsi

Məhsul haqqında:

Yüksək keyfiyyətli, daxili işlər üçün silikonlu akrilik kopolimer əsaslı, ləkə tutmayan və qoxusu olmayan mat boyadır. Bu, boyalara tətbiq edilən ən yüksək tələblərə cavab verir.

Xüsusiyyətləri:

SAF SİL  hər növ səthə yapışmaq qabiliyyəti olan, yüksək keyfiyyətli, silinə bilən, çatlamayan və tökülməyən silikon əsaslı, iç divar boyasıdır. Su əsaslı olduğu üçün qoxusu yoxdur. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubətin çölə atılmasına imkan yaradır. Rəngləri solmaz.

Tətbiq sahələri:

SAF SİL  binaların iç divar və tavanlarında,daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə,  SAF MƏCUN və SAF ASTAR ALÇI, SAF SATEN ALÇI ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyana bilən divar kağızları üzərində son qat boya olaraq istifadə edilir.

İstifadə qaydaları:

SAF SİL  tətbiq edilməzdən əvvəl qabarmış, çatlamış səthlər qaşınmalı, yağ və kir silinərək təmizlənməli və SAF binder ilə astarlanmalıdır. Birinci qat istifadəsində 20-25%  su ilə, ikinci qat istifadəsində isə 10-15% su ilə incəldilərək 2 qat çəkilir. Fırça və ya diyircəklə tətbiq olunur. Qatlar arası gözləmə müddəti ətraf mühitin temperaturundan asılı olaraq 4-6 saatdır. Boyama işini havanın temperaturu +15C-+30C ə olduqda aparılması məsləhət görülür. İstəyə bağlı olaraq daha gözəl görünüş əldə etmək üçün 3-cü qat da eynilə ikinci qat kimi tətbiq edilə bilər.

Sərfiyyat:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. SAF SIL  ilə 6-8 m²  sahə boyanır. 

Saxlama şərtləri:

Ağzı açılmamış  qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş  şüalarının  təsirindən qorumaq şərti  ilə. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il 

Təhlükəsizlik şərtləri:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.