Birbaşa yaxma

Təyinatı:

Gips əsaslı Birbaşa astar suvağı istifadə imkanlarını artıran qatqılarla zəngin, istilik və səs izolyasiyasını gücləndirən, sement və qum əsaslı suvağı və gips əsaslı astar suvaq qatını əvəz edən qənaətcil, universal suvaq qarışığıdır.

Səthin hazırlanması:

Səthin möhkəm olmasına diqqət etməli və səth yapışmağa mane olan qarışıqlardan (toz, yağ və s.) təmizlənməlidir. SAF BİRBAŞA astar suvağının hazırlanacağı qablar təmiz olmalıdır. İsti havada künclərdə qırılmaların olmaması və künclərin düz və dəqiq olmasından ötrü divar künclərinə xüsusi "künc profilləri" (köşe profili) yerləşdirilməlidir. Metal səthlərə SAF BİRBAŞA astar vurulmamışdan öncə səth SAFantipas və ya standartlara uyğun istehsal edilmiş digər bu tipli məhlul ilə paslanmadan qorunmalıdır.

Qarışığın hazırlanması və istifadəsi:

10 kq-lıq toz şəklindəki SAF BİRBAŞA astarı 6,0-6,5 litr suya səpin və 3-4 dəqiqə gözlədikdən sonra su ilə tam həll olunana qədər qarışdırıcı və ya əl aləti ilə qarışdırın. SAF BİRBAŞA astar suvağı hazır olduqdan sonra ona yenidən SAF BİRBAŞA astar və ya su əlavə etməyin. SAF BİRBAŞA astar suvağına sudan başqa heç bir əlavə material və ya maddə qatılmamalıdır. Hazır astar suvağını hörülmüş divara və tavana (yəni qum-sement qarışığı ilə suvanmamış) birbaşa vurun (adi qum-sement ilə suvanmış divar və ya tavanın üzərinə SAF BİRBAŞA astar suvağını vurmaq olar, ancaq qum- sement suvağı sağlamlığa zərərli və təmir xərcləri yüksək olduğundan onun üzərinə vurulması tövsiyə edilmir). Adətən SAF BİRBAŞA astar suvağı səthə ən azı 0,8-1,0 sm qalınlığında çəkilir. Səthin tipindən asılı olaraq SAF BİRBAŞA astar suvağının vurulma mərhələsi bitəndən 24 saat sonra əgər ehtiyac yaranarsa, SAF BİRBAŞA astar və SAF üzlük alçı qarışığından hazırlanmış qarışıq səthə çəkilə bilər. Bu qarışığı hazırlayarkən qarışığın tərkibində 85% SAF BİRBAŞA astar suvağı, 15 % isə SAF üzlük alçının olması məsləhət görülür. Əvvəlki mərhələdən təxminən 24 saat sonra SAF üzlük hazırlanıb səthə çəkilir. 10 kq-lıq toz şəklindəki SAF üzlük qarışığı səthə 0,5 – 1,0 mm qalıqlığında çəkilərək qüsursuz səth əldə edilir. Hazırlanmış SAF BİRBAŞA astar qarışığı 100-120 dəqiqə, üzlük qarışığı isə 130-150 dəqiqə ərzində işlədilməlidir. İstifadə müddəti keçmiş və ya qabıq bağlamış qarışıq atılmalıdır.

Texniki göstəricilər
Rəngi
İstifadə temperaturu +5ºC÷+30ºC
Tətbiq qalınlığı minimum: 8-10 mm maksimum: 35 mm
İstifadə müddəti  130-150 dəqiqə
Donma (bərkimə) müddəti  280 dəqiqə
Su/gips nisbəti  6,0-6.5 litr su / 10 kq
Quruma müddəti  təqribən 3-4 gün
Möhkəmlik həddi  əyilmədə: 2,0 MPa / sıxılmada: 4,1 MPa
Quru halda məhsulun tökmə sıxlığı  0,73 kq/litr
İstifadəyə hazır məhlulun sıxlığı  1,60 kq/ litr
Səthin müqaviməti  54 Shore D
Qablaşdırma  30 kq-lıq laminasiyalı polipropilen kisələrdə

 

Sərfiyyat

SAF BİRBAŞA astar suvağından istifadə zamanı minimum 8-10 mm qalınlıq üçün sərfiyyat 9 kq/m2-dır. 1 kisə SAF BİRBAŞA  suvağı (30 kq-lıq) təxminən 4 m2 səth almaq üçün kifayət edir.