SAF Sellülozik Astar Boya

alışma dərəcəsi

Məhsul haqqında:

Nitro sellülozik əsaslı bir komponentli hava qurumalı astar boyadır.

Xüsusiyyətləri:

Özəl alkid əsaslı, tez quruyan, yüksək dolduruculuq xüsusiyyətinə malik, üzərinə vurulacaq son qat boya üçün düzgün və möhkəm səth yaradan astar boyadır.

Tətbiqi:

Saf Sellülozik Astar Boya tətbiq edilməzdən əvvəl səth tozdan, yağ qalıqlarından və s. dən tam təmizlənib quru olmalıdır. Metal səthlərin üzərindən astar qat kimi istifadə edilir. Taxta üzərinə Sellülozik dolğu vernik vurulmalıdır. Əgər tətbiq olunacaq səthdə qüsurlar çoxdursa, düyün və qırıntılar varsa səth lazımı vasitə ilə hamarlanır. Səth Sellülozik Tiner ilə təmizləndikdən sonra taxta aralarında olan boşluq və çuxurlar dolğu vernikə ağac tozu qatılaraq doldurulmalı və bundan sonra bir daha bütün səth sumbata kağızı ilə hamarlanıb tozda təmizlənməlidir. Dolğu vernikin üzərindən bir qat Sellülozik Astar boya vurulur. İstənilən səthin düzgünlüyünə görə ən az 2 qat tətbiq olunmalıdır. Dolğu qatının tətbiqində ən az 2-3 saat sonra (25ºC temp, nəmlik RH=55%) bütün səth şkurkalanıb, tozdan təmizlənməlidir və Saf Sellülozik Astar boya vurulur. Sonda Saf Sellülozik son qat parlaq boya vurulur.

Quruma vaxtı:

25ºC quruma 10-20 dəqiqə, tam quruma 4 saat.

Sərfiyyat:

Nəzəri sərf nömrəsi: 10,2 m2/litr qalınlıq 50 mikron olduqda
Praktiki sərf nömrəsi: Faktiki itgilər nəzərə alınmalıdır.

Saxlama müddəti:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

Saxlama şəraiti:

Havalandırması olan anbarlarda, ağzı bağlı qablaşdırmada, quru və sərin yerdə. Dondan qorunmalı.

Xəbərdarlıq:

R 10. Alovlana bilər. Parlama nöqtəsi 210C. R 20/21/22. Udulduqda, dəri və tənəffüslə təmasda olduqda sağlamlığa ziyandır. R 36/37/38. Qoruyucu eynək və respiratordan istifadə edin. R 51. Yalnız yaxşı havalandırması olan yerdə istifadə edin.

Təhlükəsizlik tədbirləri:

S 2. Uşaqlardan uzaq yerdə saxlanılmalı. S 3/7/9. Sərin yerdə, ağzı qapalı, orjinal qablaşdırmada saxlanılmalı. S 16. Yanıcı mənbələrdən uzaq saxlanılmalı. S 24/25. Göz, üz və dəri ilə təmasda olmasından qorunulmalı. S 29. Kanalizasiya və su kanallarına atılmamalı. S 46. Dəriyə və gözə düşdükdə çok miqdarda su və sabunla yuyulmalı, udulduqda həkimə müraciət edilməlidir.

Məhsulun qablaşdırılması:

15 lt.