
alışma dərəcəsi
Məhsul haqqında:
Stiren-akrilik solventli kopolimer qətran əsaslı, sink-aluminium piqmentləri ilə zənginləşdirilmiş və xlorparafinlə modifikasiya edilmiş paslanmaya qarşı effektiv qorumanı təmin edən bir komponentli soyuq qalvanizə boyadır.
Xüsusiyyətləri:
Sinklə isti qalvanizəyə uyğun olaraq qara metalların səthində həm aktiv həm də passiv qoruma yaradır. Saf Qalvaniz boya 250ºC temperatura qədər istiliyə dayanaqlıdır. Saf Qalvaniz boya həm antikorroziv astar həm də son qat boya kimi istifadə edilə bilər.
Tətbiqi:
Saf Qalvaniz boyadan sac, profil, konteyner və vaqonların və konteynerlərin,qara və paslanmaz metall konstruksiyaların boyanmasi və təmir-bərpa işləri üçün istifadə edilə bilər. Qalvaniz boya ziyansızdır, atmosfer təsirlərə qarşı dayanıqlı və antikorroziv xassəlidir. İstifadədən əvvəl boya yaxşı qarışdırılır, ehtiyac olduqda 5% miqdarında Saf Rapid tinerilə durulaşdırılır və səthə 2-3 çarpaz qat halında vurulur. Saf Qalvaniz Boya antikorroziv boya kimi təklif olunur. Metal səthlərin üzərinə vurularaq, səthlərdədə paslanmanın qarşısını alan və atmosfer təsirlərə dayanıqlı örtük yaradır. Növbəti qatın vurulması , atmosfer şəraiti nəzərə alınaraq, təklif olunan müddətdən sonra icra edilir .Astar olaraq vurulan boyanın bir qat qalınlığı quru halda 25 mikron olarsa rəng qatının yararlılığı uzun müddətidir. Rəngləmə zamanı tələb olunan nəm qatın qalınlıq həddini aşmaq olmaz. Əks halda növbəti qatlar üçün adgeziya zəifləyir və rəngləmə texnologiyası tam olaraq pozulur. Quru halda qalınlıq 25 mikrondan yüksək tələb olunarsa, laylar arası intervalı gözləmək şərti ilə hesblamalara əsasən nəm qatın qalınlığını kiçiltməklə rəngləməni bir neçə dəfəyə aparmaq olar. Səthin üzərinə son qat boya vurulmayacaqsa bu halda quru film qalınlıgı 45-50 mikron tövsiyə edilir.Diyircəkli və adi fırça ilə rəngləmədə tələb olunan qalınlığı almaq üçün bir neçə dəfə incə qat rəngləmək lazımdır. Rəngləmə zamanı rənglənən səthin temperaturu minimum 30C şeh düşmə nöqtəsindən yuxarı olmalıdır. Məsələn ətraf mühitin temperaturu 10ºC olarsa, rənglənən səthin temperaturu 13ºC-dən yüksək olmalıdır ki rəng qatı tam quruyaraq möhkəmliyini alsın. Saf Qalvaniz Boyası açıq hava şəraiti üçün nəzərdə tutulur və bu hal onun korroziyadan mühafizə xüsusiyyətlərinə təsir etmir. Saf Qalvaniz Boyası həm astar qat həm də son qat kimi metal səthlərin üzərinə vurulduqda, rəng qatı uzun müddət öz keyfiyyətini itirmir və uzun ömürlü olur.
Quruma vaxtı:
25ºC quruma 8 saat, tam quruma 24 saat.
Sərfiyyat:
15 m2/litr qalınlıq 25 mikron olduqda.
Saxlama şəraiti:
Havalandırma olunan anbarlarda , ağzı baglı original qablaşdırmada ,quru və sərin yerdə, isti və alovdan uzaqda.
Saxlama müddəti:
20-25ºC-də minimum 24 ay, istifadə müddəti bitidikdə mütəxəssis tərəfindən yoxlanılaraq rəy bildirilməlidir.
Təhlükəsizlik şərtləri:
R 11 – 15 – 20/21/22
Məhsulun qablaşdırılması:
15 litirlik qabda – Qalvaniz Boya