
alışma dərəcəsi
Məhsul haqqında:
Rapid Alkid əsaslı və antikorroziv qatqılar əlavə edilmiş yüksək performansa və tez qurumaya malik olan astar qat sənaye boyasıdır.
Xüsusiyyətləri:
Rapid Astar ara və son qat mat boya kimi də istifadə oluna bilər. Səthə mükəmməl yapışır, elastikdir, kimyəvi maddələrə davamiyyətli və vurulduğu metal səthin korroziyadan qorunmasını təmin etmə qabiliyyəti yüksəkdir.
Tətbiqi:
Yüksək nəmlik və korroziyaya məruz qalan iri və kiçik qabaritli metal konstruksiyaların, dımir boruların boyanmasında, neft-kimya zavodlarında, sənaye binalarında, təmir olunan istehsalat sahələrində antikorroziv boya kimi istifadə edilə bilər.İstifadədən əvvəl boya yaxşı qarışdırılır, sonra 10-15% miqdarında Saf Rapid Tiner ilə durulaşdırılır və səthə 2-3 çarpaz qat halında vurulur.
Təklif olunan rəngləmə qaydaları.
1.Havasız püskürtmə, saplonun diametri 0.53-0.63 mm, rəngtozlandırma zamanı mayenin təziqi 176 kq/sm2-dən az olmalamlıdır.
2. Hava ilə püskürtmə, tapança De Vilbiss MBC və ya JGA, sıxıcı rezervuar 704 və ya 765, maye üçün ucluq.
3. Fırça və ya diyirçəkli fırça ilə rəngləmə zamanı 75 mikron qalınlıq almaq üçün bir neçə dəfə incə qat vurulur.
Həlledici: Saf Rapid Tiner
Təmizləyici: Saf Tiner.
Rəngləmə işlərini qurtardıqdan sonra boyanın sistemdə qalan hissəsini borudan, tapançadan və rəng aparatından xaric etmək lazımdır. Avadanlıq Thinner təmizləyicisini vasitəsi ilə tam yuyulmalıdır. Təhlükəsizlik və ətraf mühitin mühafizəsi qaydaları tələblərinə uyğun tullantılar və istifadə olunmuş çirkli qablar xüsusi ayrılmış yerlərdə saxlanmalı və yığıldıqca ətraf mühitdən təcrid olunmalıdır. Metal səthlərin üzərinə vurularaq, səthlərdədə korroziyaya və atmosfer təsirlərə müqaviməti və örtücülüyü yüksək, sürtünməyə dayanıqlı və davamiyyətli mat örtük yaradır. Növbəti qatın vurulması, atmosfer şəraiti nəzərə alınaraq, təklif olunan müddətdən sonra icra edilir. Astar olaraq vurulan boyanın bir qat qalınlığı quru halda 75 mikron olarsa rəng qatının yararlılığı uzun müddətdir. Rəngləmə zamanı tələb olunan nəm qatın qalınlıq həddini aşmaq olmaz. Əks halda növbəti qatlar üçün adgeziya zəifləyir və rəngləmə texnologiyası tam olaraq pozulur. Quru halda qalınlıq 75 mikrondan yüksək tələb olunarsa, laylar arası intervalı gözləmək şərti ilə hesablamalara əsasən nəm qatın qalınlığını kiçiltməklə rəngləməni bir neçə dəfəyə aparmaq olar. Səthin üzərinə son qat boya vurulmayacaqsa bu halda quru film qalınlığı 70-75 mikron tövsiyə edilir.
Diyirçəkli və adi fırça ilə rəngləmədə tələb olunan qalınlığı almaq üçün bir neçə dəfə incə qat rəngləmək lazımdır.
Quruma vaxtı:
25ºC toxunma 30 dəqiqə, tam quruma 2 saat.
Sərfiyyat:
7.5 m2/litr (qalınlıq 75 mikron olduqda) Faktiki itkilər nəzərə alınmalıdır.
Saxlama şəraiti:
Havalandırma olunan anbarlarda , ağzı baglı original qablaşdırmada ,quru və sərin yerdə, isti və alovdan uzaqda.
Saxlama müddəti:
20-25ºC-də minimum 12 ay, istifadə müddəti bitdikdə mütəxəssis tərəfindən yoxlanılaraq rəy bildirilməlidir.
Xəbərdarlıq:
R 11-15-20/21/22
Təhlükəsizlik tədbirləri:
S 16-20/21-24/25-38
Məhsulun qablaşdırılması:
15 litrlik qabda Saf Rapid (industrial) Astar boyası.