alışma dərəcəsi
Məhsul haqqında:
Yüksək keyfiyyətli, akrilik kopolimer əsaslı, mat və qrenli görünüşlü, yüksək örtücülüyə malik, nəmə ve suya dayanıqlı dekorativ son qat fasad boyasıdır.
Xüsusiyyətləri:
SAF TEKSTUR hər növ səthə yapışmaq qabiliyyəti olan, çatlamayan və tökülməyən fasad boyasıdır. Tənəffüs etmə qabiliyyətinə malikdir. Atmosfer şəraitinə, günəş şüalarına qarşı qadayanıqlıdır.
Tətbiq sahələri:
SAF TEKSTUR binaların çöl divarlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, SAF MƏCUN ilə alt səth hazırlığı olunmuş səthlərdə son qat boya olaraq istifadə edilə bilər.
İstifadə qaydaları:
SAF TEKSTUR tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə hamarlaşdırılmalı və səth quru olmalıdır. Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Səth ilk öncə 1:7 nisbətində su ilə incəldilmiş SAF BİNDER astarı ilə astarlanmalıdır . SAF BİNDER ilə astarlandıqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra SAF AKRİLİK MƏCUN tətbiq olunmalıdır. SAF AKRİLİK MƏCUN tam quruduqdan sonra divar təkrar 1:7 nisbətində su ilə incəldilmiş SAF BİNDER astarı ilə astarlanmalıdır. SAF BİNDER ilə astarlandıqdan sonra ən az 5-6 saat gözlənilməlidir. SAF TEKSTUR istifadəyə hazırdır. Tərkibinə su qatılarsa boya teksturunu itirə bilər. SAF TEKSTUR səthə xüsusi tekstur boya üçün nəzərdə tutulmuş diyircək vasitəsilə 1 qat şəklində tətbiq olunur. Fərqli naxışların əldə edilməsi üçün fərqli diyircəklərdən istifadə etmək mümkündür.
Sərfiyyat:
Səthin düzgünlüyündən və hopmasından asılı olaraq 1 kq. FAB TEKSTUR (332) ilə 1-2m² sahə boyana bilər.
Saxlama şərtləri:
Ağzı açılmamış qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.
Saxlama müddəti:
Ağzı açılmamış qabda 2 il
Təhlükəsizlik şərtləri:
S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.