SAF Silan

alışma dərəcəsi

Məhsul haqqında:

Yüksək keyfiyyətli, eksteryer işlər üçün silikonlu akril kopolimer əsaslı, ləkə tutmayan və qoxusu olmayan mat boyadır. Bu, boyalara tətbiq edilən ən yüksək tələblərə cavab verir.

Xüsusiyyətləri:

Vurulduğu səthlərdə mükəmməl yapışma xüsusiyyəti var, çatlamaz və asanlıqla silinəbilir. Yağış, nəm, günəş şüaları kimi hər növ hava şəraitinə, dəniz kənarlarındakı duzlu nəmin təsirlərinə qarşı son dərəcə dayanıqlıdır. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubətin çölə atılmasına imkan yaradır. Rəngləri solmaz.

Tətbiq sahələri:

Bütün növ fasad işlərində, beton, qaz beton, gips, suvaq, xam, yeni və köhnə divarlarda asan tətbiq edilir.

İstifadə qaydaları:

Silikonlu fasad  boyanı istifadə etməzdən əvvəl boyanacaq səthlər hamar və təmiz olmalı,çirk, yağ, toz və qum kimi yapışmaya mane olan maddələrdən təmizlənməlidir. Yeni suvaqlı səthlərdə 20 gün  ( 20° С-də)  suvağın quruması gözlənməlidir. SAF Akrillik Məcun  ilə astarlandıqdan sonra səth SAF silikonlu astar və ya (1:7nisbətində) SAF binder ilə yuyulur və Silikonlu fasad  boya vurulur. Birinci qat 15-20% su ilə, ikinci qat isə 10% su ilə qarışdırılaraq ikiqat halında tətbiq olunur. Fırça və rulo ilə vurulur. Temperaturdan asılı olaraq qatlar arasında interval 10 saat olmalıdır. Boyama işini havanın temperaturu +20C-+45C ə olduqda aparılması məsləhət görülür. İstəyə bağlı olaraq 3-cü qat da eynilə ikinci qat kimi tətbiq edilə bilər. Boyanın tətbiqi və quruması zamanı səth yağışdan və dondan qorunmalı, çox küləkli və birbaşa günəş şüaları altında tətbiq edilməməlidir.

Sərfiyyat:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. SAF SILAN  ilə 6-8 m²  sahə boyanır. 

Saxlama şərtləri:

Ağzı açılmamış  qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş  şüalarının  təsirindən qorumaq şərti  ilə. İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.