SAF Binder

alışma dərəcəsi

Məhsul haqqında:

Stiren akrilik kopolimer əsaslı daxili və xarici məkanlarda istifadə edilən şəffad astardır.

Xüsusiyyətləri:

Yüksək adgeziyaya sahibdir. Boya ilə səth arasında körpü yaradaraq boyanın səthə yapışmasını maksimum səviyəyə çatdırır, tətbiq edildiyi səthin əmiciliyini azaldır, son qat boyanın sərfiyyatını azaldır. Üzərinə vurulan son qat boyada çatlamaz, qabarmaz və ovulub tökülməz.

Tətbiqi:

Tətbiq olunan səth sağlam, quru və təmiz olmalıdır. Kirli, tozlu, qabarmış və köhnə boyalar səthin üzərindən qazınıb təmizlənməli, səthin üzərində olan çatlar, dəlik və deşiklər Saf Akrilik məcunla doldurulub, düzəldilməli və hamarlanmalıdır. Yeni suvanmış səthlərdə ən az 20 gün sonra boyama işləri aparıla bilər. Saf Binder vurulmazdan əvvəl səthin təmiz, sağlam və quru olması yoxlanılmalıdır.

Quruma vaxtı:

25ºC quruma 1 saat, tam quruma 16 saat.

Alışma dərəcəsi:

Su əsaslıdır, alışma və partlama riski yoxdur.

Sərfiyyat:

1 lt ilə 30-50 m2 (səth özəlliyinə bağlı)

Saxlama müddəti:

2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).

Saxlama şəraiti:

Havalandırması olan anbarlarda, ağzı bağlı qablaşdırmada, quru və sərin yerdə. Dondan qorunmalı.

Xəbərdarlıq:

R 22. Udulduqda sağlamlığa ziyandır.

Təhlükəsizlik tədbirləri:

S 2. Uşaqlardan uzaq yerdə saxlanılmalıdır. S 3/7. Sərin yerdə, ağzı qapalı, orijinal qablaşdırmada saxlanılmalıdır. S 24/25. Göz üz və dəri ilə təmasda olmasından qorununulmalı. S 29. Kanalizasiya və su kanallarına atılmamalı. S 46. Udulduqda həkimə müraciət edilməlidir.

Məhsulun qablaşdırılması:

1 lt: 4 lt: 10 lt.