SAF Su Tut

alışma dərəcəsi

Tərkibi:

Yüksək keyfiyyətli akrilik kopolimer emulsiya əsaslı, çox elastik, su izolyasiyası üçün təkmilləşdirilmiş ağ rəngli (üzəri boyana bilən) dekorativ su izolyasiya materialıdır.

Özəllikleri:

Tətbiq olunduğu səthə mükəmməl yapışır. Yüksək elastikliyə malikdir. İsti və soyuq hava şəraitində elastikliyini qoruyur. Nəfəs ala bilmə xüsusiyyəti ilə içəridəki rütubəti bayıra çıxarır. Kimyəvi UB şüalara dayanıqlılığı yüksəkdir. Su keçirmir.

  Tətbiq sahəsi:

SAF SU-TUT  su izolyasiyası lazım olan iç və çöl məkanlarda, üfüqi və şaquli səthlərdə, düz və əyri damlarda, teras, balkon, hovuz və su depolarında, baca kənarlarında, beton, suvaq, kərpic, sink, asbestli dam örtük lövhələri, pəncərə pərvazları və bu kimi yerlərdə inamla istifadə edilə bilər. 

İstifadə qaydası:

SAF SU-TUT istifadə edilməmişdən əvvəl səth yağ, toz, qum kimi yapışmanı əngəlləyəcək maddələrdən tamamilə təmizlənməlidir. Səth istifadəyə hazır vəziyyətə gəldikdən sonra SAF SU-TUT 1 litr boya üçün 400 ml su ilə incəldilərək 1 qat astar kimi çəkilir. Astar quruduqdan sonra SAF Su-tut incəldilmədən 2-3 qat tətbiq edilməli və hər bir qat özündən əvvəlki qatın tərs istiqamətində çəkilməlidir. Qatlar arasında ən az 24 saat gözlənilməlidir. SAF SU-TUT çəkilmiş səthlər 24 saat ərzində yağəş, qar və donmadan mühafizə edilməlidir. İstifadəsi +5- +35 °C intervalında həyata keçirilməlidir. Gəziləcək və mexaniki zərbə olacaq səthlərin üzərinə qoruyucu örtük vurulmalıdır.

Sərfiyyat:

Səthin materialından və düzgünlüyündən asılı olaraq tək qatda ortalama hesabla 1lt. SAF SU-TUT ilə şaquli istiqamətdə 0,500-1m2, üfiqi istiqamətdə isə 0.750-1m² örtülə bilər.

Saxlanma şərtləri:

Ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.  İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:
S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.