SAF Tavan

alışma dərəcəsi

Tərkibi:

Akrilik  kopolimer emulsiya  əsaslı , binaların tavanlarında istifadə edilən, mat görünüşlü, iç tavan boyasıdır.

Xüsusiyyəti:

Mükəmməl örtmə və yapışma qabiliyyətinə malikdir. Elastik struktutru hesabına çatlamır və tökülmür. Nəfəs ala bilməsi sayəsində rütubətin xaricə çıxmasına kömək edir. Asan tətbiq olunur. Rəngi solmur.

Tətbiq sahəsi:

Binaların interyerində tavan səthlərində istifadə edilir. Tavandan başqa yerdə istifadə edilməsi tövsiyyə edilmir.

İstifadə qaydası:

SAF TAVAN boya tətbiq edilməzdən əvvəl qabarmış, çatlamış səthlər qaşınmalı, yağ və kir silinərək təmizlənməli, SAF astar alçı və SAF saten alçı ilə düzəldilməli və SAF binder ilə astarlanmalıdır. SAF TAVAN ilk qatı 25-30%, ikinci qatı isə 15-20% su ilə həll edilib fırça və ya diyircək vasitəsilə səthə tətbiq olunur. Qatlar arası ən az 5-6 saat gözlənilməlidir. İstəyə bağlı olaraq eynilə 2-ci qat kimi 3-cü qat tətbiq edilə bilər. İstifadəsi +5 °C dən çox və nisbi rütubət 80% dən az olan şəraitdə həyata keçirilməlidir.

Sərfiyyat:

Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. SAF TAVAN ilə 5-7m² sahə boyanır.

Saxlanma şərtləri:

Ağzı açılmamış qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.