Boyama Metodları

Uğurlu boya tətbiqi üçün bəzi şərtlər nəzərə alınmalıdır. Boyanacaq səth lazımi şəkildə hazırlanmış və təmiz olmalıdır. Lazımi qalınlıq tətbiq olunmalıdır.

Boyanan məkan münasib temperatur şəraitində, tozdan uzaq bir məkanda qurudulmalıdır. Ən çox istifadə olunan boyama metodları aşağıdakılardır.

1.Püskürtmə

2.Fırça ilə tətbiq etmə

3.Rulo ilə tətbiqi

Boya müxtəlif metodlarla tətbiq oluna bilər. Hansı metodun seçilməsi isə öncə boyanın növündən və ətraf mühitin şərtlərindən asılıdır. Hər bir metodun da müsbət və mənfi cəhətləri mövcuddur.

Püskürtmə ilə (tapanca ilə) boyama metodu.

A. Püskürtmə ilə tətbiq metodu sadə və tez olan bir metoddur. Bu metod sənaye boyalarında çox istifadə olunur.
B. Püskürtməylə tətbiq zamanı fırça izinin qalması kimi problem yaranmır. Bu zaman portağallanma (orange peel) deyə adlandırdığımız problem yarana bilər. Bu problemə səbəb isə:

– Boyanan normal özlülükdə olmaması
– Boyada sürətlə buxarlanan solvent kombinasiyası
– Boyanacaq məkan ilə tapanca arasında olan məsafənin çox olmasıdır.

  1. Portağallanmanın qarşısını almaq üçün bu üç faktoru düzəltmək lazımdır.
  2. Əl ilə tətbiq olunan püskürtmə zamanı eyni qalınlıqda boya təbəqəsinin yaranmasına diqqət etmək lazımdır. Buna görə də avtomatik püskürtmə aparatlarından istifadə etmək lazımdır.
  3. Püskürtmə metodu ilə həm fırçadan, həm də rulodan daha yaxşı boya təbəqəsi əldə etmək mümükündür. Püskürtmə aparatları da havalı və havasız olmaqla iki yerə ayrılır.
  4. Havalı püskürtmə ilə boya tətbiqi – Təzyiqli hava ilə boya tapancadan toz şəklində metal səthə püskürdülür. Beləcə, istənilən qalınlıqda normal bir boya təbəqəsi əldə edilir. Ancaq bu əməlliyat əsnasında təxminən 30-40 % boya itkiyə gedir. Bu itki küləyin sürəti və metalın formasına görə dəyişir.
  5. Havasız püskürtmə ilə boyama metodu – Çox yüksək bir təzyiq ilə boya materialı nazik bir deşikdən püskürdtülür. Beləcə boya dənəcikləri çox kiçik parçalar halında metal səthə yapışır. Bu metodla qısa zaman içində qalın bir film təbəqəsi əldə edilə bilər. Ancaq əməliyyat mütəxəssis tərəfindən aparılmalıdır. Havasız tapanca ilə boya tətbiqinin aşağıdakı üstünlükləri var.:

*  Boya səthə təzyiqlə püskürdtüldüyü üçün yavaş yapışır.
* Daha qalın bir boya təbəqəsi bir qatda da əldə oluna bilər.