İç cəbhə, çöl cəbhə və emulsiya astarı

İç cəbhə, çöl cəbhə və emulsiya astarı

 

Yaxın günlərdə su bazlı boyalar haqqında məlumatlandırıcı bloqumuzu sizlə bölüşmüşdük. Bu bloqumuzda isə, su bazlı boyaların (emulsiya) 3 kateqoriyasını: iç cəbhə, çöl cəbhə və emulsiya astarı məhsulları haqqında faydalana biləcəyiniz məlumatları sizə təqdim edirik.

 

İç cəbhə boyaları

İç cəbhə boyaları (Интерьерная краска) su bazlı boyalar kateqoriyasına aid olan, yüksək keyfiyyətə sahib, dekorativ boyalardır. Daxili məkanlarda dekorativ işlərin görülməsində istifadə edilir. Yüksək yapışma gücünə malik olması, sonradan əmələ gələ biləcək olan qopma və ya çatlama hallarının qarşısını almağı təmin edir. Mat görünümü ilə, su və çirkin zəmində yaradaca biləcəyi təsirdən qorunmasını təşkil edir. Həmçinin, hər hansısa toz və ya çirk yarandığı zaman belə, dəfələrlə silinə və yuyula bilər. Bu və s. kimi təmizlik işlərinin aparılması boyalı səthdə heç bir təhlükə törətmir.

İç cəbhə boyalarının istifadəsi zamanı, tətbiq olunacaq səthin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət yetirilməlidir. Su bazlı olduğundan, iç cəbhə boyaları yağış, gün şüaları və donmadan qorunmalıdır.

 

Çöl cəbhə boyaları

Çöl cəbhə boyaları – fasad boyaları  (Фасадная краска) kopolimer emulsiya əsaslı olub, xarici məkanların eksteryer işlərində istifadə olunur. Mat və qrenli görünüşlü olması, həm dizayn, həm də keyfiyyət cəhətdən bütün tələbləri qarşılayır. Yüksək örtücülüyə malik olması, tətbiqi zamanı çox sayda qat vurulmasının qarşısını alaraq, məhsulun sərfiyyatını azaldır. Adətən, xarici məkanlarda boya istifadəsi zamanı, müxtəlif hava şəraitləri, boyaların qopmasına və ya çatlamasına səbəb ola bilir. Lakin, Saf Boyanın çöl cəbhə boyalarının silikon tərkibli olması, yüksək yapışmanı təmin edərək, bu kimi mənfi halların yaranmamasını təmin edir. Həmçinin, ləkə tutmama özəlliyi ilə də, yağış, qar və bu kimi elementlərin yarada biləcəyi çirk və ləkələrin də, səth üzərində xoşagəlməz görünüşünün qarşısını alır.

 

Emulsiya astarlar

Emulsiya astarları (эмульсионная грунтовка) daxili məkan və fasad üçün istifadə olunan, akrilik kopolimer əsaslı, su bazlı boyalardan biridir. Astar materialı olduğundan, özündən sonra tətbiq ediləcək məhsulların sərfiyyatına qənaət edir. Emulsiya astarı səthə ilk təmas edən məhsullardan biri olduğu üçün, rütubətin və nəmin qarşısını almalıdır. Saf Boyanın emulsiya astarları isə, nəmə qarşı olduğundan, rütubət və nəmin yaranma ehtimalını azaldır. Divar və tavanlarda suvaq, gips əsaslı suvaqlardan öncə tətbiq edilir. Suvaq və ya boya ilə, səth arasında yapışma qabiliyyətini artırır. Adi və ya diyircəkli fırçalar ilə birbaşa səthə tətbiq edilir. Ortalama quruma vaxtı 2-3 saat olduğundan, digər məhsulların da tətbiqi üçün çox vaxt sərf olunmasına ehtiyac qalmır.

 

Siz də mənzil və ya xüsusi məkanlarınızın eksteryer və interyer işlərini keyfiyyətli boyalar ilə tamamlamaq arzusundasınızsa, Saf Boyanın yüksək keyfiyyət və zövqə sahib boyalarından ala bilərsiniz.

 

Məhsullarımız məmnuniyyətinizin təminedicisidir.

 

Leave a reply