Məhsul haqqında:
Səthin tənəffüs etməsinə maneə olmayan, silikon əlavəli, şəffaf, sukeçirməz səth qoruyucusudur.
İstifadə sahələri:
Təbii və süni daşlar, ağlay daşları və beton səthlərdə istifadə olunur.
Üstünlükləri:
Səthi uzun müddət atmosferin zərərli təsirlərindən qoruyur.
Səthdə sukeçirməzliyi təmin edir, duzlara və aşınmalara qarşı müqavimətini artırır.
İstifadə qaydaları:
Səthin hazırlanması: Səth təmiz, hamar və quru olmalıdır.
Tətbiqi:
Məhsulu fırça, vərdənə və püskürtmə aparatı ilə səthə ikiqat vurmaq lazımdır. İstifadədən öncə səthi azacıq nəmləndirmək lazımdır. 1-ci qat səthə nüfuz edən kimi tam qurumağını gözləmədən dərhal 2-ci qat vurulmalıdır. Tətbiq ediləcək səthlərin və mühitin temperaturunun +5°C ilə +30°C arasında olmasına diqqət edilməlidir.
Sement və seramik yapışdırıcı əsaslı inşaat məhsullarının hazırlanması zamanı su keçirməməzliyi təmin etmək məqsədi ilə sementin və ya seramik yapışdırırcısının 1-3 %-i qədər əlavə olunmalıdır.
Tövsiyələr:
Səthin sukeçirməzliyi tam olaraq 24 saatdan sonra təmin edilir. Bəzi səthlərdə 1-ci qatdan sonra inorqanik maddələrin çökməsi ilə bağlı ağ ləkələr əmələ gələrsə, səthi yumaq, silmək və ya sürtməklə ləkələrdən təmizləyib 2-ci qatı vurmaq lazımdır.
Texniki göstəricilər:
Rəngi: Şəffaf maye
Tərkibi: Silikon əsaslı
Sıxlığı: 0.99+0.01kq/l
Sərfiyyat:
Tətbiq ediləcək səthin növündən və əmiciliyindən asılı olaraq tək qatda 0.15-0.30 l/m²-dir.
Saxlama müddəti:
Açılmamış qablarda, sərin və quru yerdə dondan, birbaşa günəş şüasından qorumaqla 2 il saxlanıla bilər.
Xəbərdarlıqlar:
Aguastop məhsulu tətbiq olunduqu zaman göz və ağız təmasından qaçınılmalıdır. İş prosesi zamanı təhlükəsizlik vasitələrindən (eynək, əlcək və s.) istifadə olunmalıdır.
Zəmanət və texniki dəstək:
“Saf Chemical” MMC şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır. Təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Saf Chemical”MMC şirkəti məsuliyyət daşımır.