Təyinatı:
Daxili beton, kərpic divar və tavanların, suvaq çəkilmiş səthlərin hamarlanması üçün, həmçinin gipskarton arakəsmələr arasındakı çat və boşluqların doldurulmasında istifadə olunur.
Səthin hazırlanması:
Səth quru və möhkəm olmalı, tozdan, çirkdən, yad cisimlərdən və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir. Ehtiyac olduqda ilişməni yaxşılaşdırmaq məqsədi , ilə 24 saat əvvəl səth “SAF BOYA” istehsalı olan “SAFBinder” və ya başqa uyğun su tərkibli astarla yuyulmalıdır.
Qarışığın hazırlanması:
Təmiz qabda 5-6 L su tökub, üzərinə 10 kq yaxma əlavə edilib bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılır. Mexaniki üsulla qarışdırarkən aşağı dövr sürətindən istifadə etmək lazımdır.
Qarışığın istifadə qaydaları:
Astar məhsulu şpatelin vasitəsi ilə səthə çəkilir və hamarlanır.
Texniki göstəricilər
Rəngi | ağ |
İstifadə temperaturu | +5ºC÷+30ºC |
Tətbiq qalınlığı | 3mm |
İstifadə müddəti | 100-120 dəqiqə |
Donma (bərkimə) müddəti | 200-220 dəqiqə |
Su/gips nisbəti | 6,0-6.5 litr su / 10 kq |
Quruma müddəti | təqribən 2-3 gün |
Möhkəmlik həddi | əyilmədə: 1,7 MPa / sıxılmada: 3,8 MPa |
Quru halda məhsulun tökmə sıxlığı | 0,7 kq/litr |
İstifadəyə hazır məhlulun sıxlığı | 1,5 kq/ litr |
Səthin müqaviməti | 54 Shore D |
Qablaşdırma | 30 kq-lıq laminasiyalı polipropilen kisələrdə |
Sərfiyyat
3-5 mm qalınlığında hamar səth almaq üçün 3-5 kq SAF astar məhsulu sərf olunur. 1 kisə SAF astar məhsulu 8-15 m2 sahəyə sərf olunur.