SAF Universal Parket Tutkalı

Tərkibi:

Yüksək keyfiyyətli polivinil asetat əsaslı şəffaf yapışdırıcıdır. 

Xüsusiyyəti:

Ümumi istifadə üçün yararlı,  taxta, kağız, karton, parket, mebel və digər başqa sənayelərdə istifadə edilən, quruduqdan sonra möhkəm və elastik təbəqə yaradan, kiflənməyən, qoxusuz, yüksək yapışma gücünə malik, şəffaf yapışdırıcıdır.

Tətbiq sahəsi:

SAF UNIVERSAL PARKET TUTKAL  hər növ taxta, parket, kağız, karton  yapışdırılmasında  və eləcə də mebel istehsalında istifadə olunur

İstifadə qaydası:

C  tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənməlidir. SAF  UNIVERSAL PARKET  TUTKAL tətbiq olunacaq səthin kənarlarından daşacaq miqdarda sürtülməli, daşan hissələr dərhal nəmli bezlə silinməli, bir az gözlədikdən sonra yapışdırılmalıdır. Tətbiq edildikdən maksimum 10 dəqiqə sonra yapışdırma işi görülməlidir. Hər istifadədən sonra qutunun ağzı tam bağlanılmalıdır. SAF  UNIVERSAL PARKET TUTKAL  səthə daraqla tətbiq olunmalıdır. İstifadədən sonra alətlər su ilə təmizlənə bilər.

Sərfiyyat:

Tətbiq edilən təbəqənin qalınlığından və səthin növündən asılı olaraq 150-250 qr/m2.. 

Saxlanma şərtləri:

Ağzı  açılmamış  qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır. İdeal saxlanma temperaturu +5°C ilə +30°C arasıdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

R 22 Udulması sağlığa zərərlidir.
S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 24/25 Göz və dəri ilə təmas etdirməyin.
S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin