Üzlük Yaxma

Təyinatı:

Geniş istifadə sahəsinə malik, qatqılarla zənginləşdirilmiş əl ilə istifadə olunan son qat dekorativ gips əsaslı yaxma qarışığıdır. Daxili divar və tavanların, suvaq və astar yaxması çəkilmiş səthlərin boya və digər dekorasiya işləri ücün hazırlanması, gipskarton arakəsmələr arasındakı çat və boşulqların doldurulması üçün istifadə olunur.

Səthin hazırlanması:

Üzlük yaxma  çəkilməzdən əvvəl səth tozdan, çirkdən, yad cisimlərdən və yapışmağa mane olan bütün qalıqlardan təmizlənməlidir. Ehtiyac olduqda ilişməni yaxşılaşdırmaq məqsədi ilə 24 saat əvvəl  səth “SAF Boya” istehsalı olan “SAFBinder” və ya başqa uyğun su tərkibli astarla yuyulmalıdır.

Qarışığın hazırlanması və istifadəsi:

Təmiz qaba 6-7 L su tökülüb, üzərinə 10 kq yaxma  səpələnir , bir neçə dəqiqə gözlədikdən sonra mexaniki üsulla və ya əl ilə bircinsli kütlə əmələ gələnə qədər qarışdırılır. 5-6 dəqiqə gözlədikdən sonra məhlul təkrar qarışdırılır. Mexaniki üsulla qarışdırarkən aşağı dövr sürətindən istifadə etmək lazımdır.

İstifadə qaydası:

Üzlük məhsulu şpatelin vasitəsi ilə səthə çəkilir və hamarlanır. Quruduqdan sonra sumbata kağızı ilə cilalanır.

Texniki göstəricilər
Rəngi
İstifadə temperaturu +5ºC÷+30ºC
Tətbiq qalınlığı minimum: 1 mm
İstifadə müddəti  130-150 dəqiqə
Donma (bərkimə) müddəti 300-320 dəqiqə
Su/gips nisbəti 6,5 -7,0 litr su /10 kq gips
Quruma müddəti təqribən 2 gün
Möhkəmlik həddi  əyilmədə: 2,4 MPa / sıxılmada: 4,7 MPa
Quru halda məhsulun tökmə sıxlığı  0,72 kq/litr
İstifadəyə hazır məhlulun sıxlığı  1,5 kq/ litr
Səthin müqaviməti  57 Shore D
Qablaşdırma  30 kq-lıq laminasiyalı polipropilen kisələrdə

 

Sərfiyyat

SAF üzlük qarışığından istifadə zamanı 1 mm qalınlığında hamar və düzgün səth əldə etmək üçün 1 kq məhsul sərf olunur. 1 kisə SAF üzlük gips qarışığı 30 m2 hamar səth almaq üçün kifayət edir.