
alışma dərəcəsi
Tərkibi:
Yeksək keyfiyyətli, qısa yağlı, alkid əsaslı yol cizgi boyasıdır.
Xüsusiyyətləri:
Mat görünüşlüdür. Aşınmaya qarşı davamlıdır. Tez quruyur. Yapışma gücü çox yüksəkdir.
Tətbiq sahəsi:
Hər cür yol, piyada keçidi, səki, avtomobil parkı və s. kimi yerlərdə işarələmə həyata keçirmək üçün istifadə olunur.
İstifadə qaydası:
SAF YOL CİZGİ BOYASI vurulacağı səthlər təmizlənməli və quru olmalıdır. Bu boyanın tətbiqində xüsusi sprey ilə boya atan alətlər və ya tapança, fırça və ya diyircəkdən istifadə oluna bilər. İstifadəyə hazırdır. Ehtiyac olduqda 5-10% SAF SELLÜLOZİK TİNER ilə həll edilə bilər. (25°C/65%nisbi rütubətdə): 25°C-də 20-30 dəqiqə sonra istifadəyə verilə bilər. Toxunma quruması: 15 dəqiqə, sərt quruması: 4 saatdır.
Sərfiyyat:
Tək qatda 1 litr SAF YOL CİZGİ BOYASI ilə 6-7 m² sahə boyanır.
Saxlama şərtləri:
Ağzı açılmamış qutuda, sərin yerdə, donmadan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.
Saxlama müddəti:
Ağzı açılmamış qabda 18 ay.
Təhlükəsizlik şərtləri:
R11 asan alovlana bilər. R36 nəfəs aldıqda sağlığa zərərlidir. S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunu bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayınız. S 23 Buharını udmayınız. S 24/25 Göz və dəri təmasından qorununuz. S 29 Kanalizasiyaya atmayınız. S 37/39 İşləyərkən uyğun qoruyucu eynək və maska istifadə ediniz.