Rənglərin Məkanlara Təsiri

Vaxtımızın böyük bir qismini bağlı otaqda keçirdiyimiz üçün ətrafımızdakı əşyaların rəngləri də çox əhəmiyyətlidir. Olduğumuz yerin rəngləri zövqümüzə uyğun olmalııdr. Evimizi dekorasiya edərkən fizioloji və psixoloji uyğunlaşmanı təmin edən rənglər seçmək lazımdır. Çünki, günümüzün böyük hissəsini bu rənglərlə keçirdiyimiz üçün bizdə ciddi narahatlıqlara yol aça bilər.

 

İş otağı – Buralarda ümumiyyətlə insanı gümrah tutub, düşüncə üfüqünü artıra biləcək mavidən bənövşəyiyə qədər olan rənglər seçilməlidir. Bu rənglər bizim qavrama və iş qabiliyyətimizi artıracaq.

İstirahət otağı – Təbii və yumşaq rəngləri seçməlisiniz. Bu otaq istirahət etmək, söhbət etmək, kitab oxumaq və musiqi dinləmək məqsədi ilə istifadə edildiyi üçün tünd rənglərdən uzaq olun Yaşıl və ya bənövşəyi rənginə çalan açıq rənglər seçilməli, divar və xalça rəngləri divarların rənglərindən tünd olmalıdır.

Uşaq otağı – Uşağınızın otağında yetkinlik yaşına qədər qırmızı, narıncı və sarı kimi sevinc və canlılıq verən rəngləri seçməlisiniz. Daha irəli yaşlarda mavi və yaşıl tonları istifadə edə blərsiniz. Tünd rənglərdən uzaq olmalı, yaxşı işıqlandırmaya əhəmiyyət verməlisiniz.

 

Yataq otağı – Maviyə yaxın və ya sarımtıl rəng seçmək lazımdır. Seçəcəyiniz rənglər olduğunuz yerin dekorasiyasına uyğun olmalıdır. Məsələn, soyuq yerlərdə isti rənglər, isti yerlərdə soyuq rənglər istifadə edilməlidir.

Mətbəx – Mətbəxdə sarı tonlu həyəcan və enerji verən rəngləri seçməlisiniz. Bu rənglər tənbəlliyi yox edir, enerji verir, yaradıcılığı artırır. Mətbəxdə yaxşı işıqlandırma olmalı, mətbəx dəzgahı canlı rəngdə olmalıdır.

Hamam – Kiçik məkanlar olduğu üçün buralarda açıq rənglər seçilməlidir. Hamamda ümumiyyətlə ağ rənglər seçilir, çünki bu rəng insana təmizlik hissi verir. Mavi, yaşıl və dəniz mavisi, hamamlarda seçim edilməsi lazım olan digər rənglərdir.

Balkon – Evin məskunlaşmasına görə rənglər ətraf-mühitə uyğun olmalıdır. Meşəlik bir yerdə yaşıl tonlar, dəniz kənarında isə mavi tonların hakim olduğu rənglər istifadə edilməlidir.