Düzgün Boyanı Necə Seçək?

 

Boyanacaq yerin rəngini düzgün seçmək üçün ən azı 1m2-lik sahəyə boya tətbiq olunmalıdır. Məkanın işıqda nəzərə alınmalıdır. Çünki bəzi rənglər təbii işıq və elektrik altında tamamilə fərqli görünür. Seçilən rəngin məkandakı əşyalara uyğun olması üçün boyalı sahənin ətrafına xüsusilə seçilən əşyalar qoyularaq düşünmək lazıdır.

İlk olaraq boyalar nəzərdən keçirilməlidir. Daha sonra boya tətbiq olunan sahə müəyyəm olunmalıdır; daxili və ya xarici məkan olduğu və ya hər ikisinin olduğunu bilmək lazımdır. Bundan sonra da boyanan növü seçilir. Növbəti iş isə boyanacq səthin ölçüsü və buna uyğun olaraq istifadə olunacaq boyanın miqdarının müəyyən olunmasıdır. Divarları boyamadan öncə nə etmək lazımdır?

Boyanın yaxşı nəticə verməsində səthin hazırlığı deyilən işlər görülməlidir. Asan və keyfiyyətli bir boyanma üçün səthdə olan köhnə boya və divar kağızının qalıqları təmizlənməli yonulmalıdır. Kir və ləkələr təmizləyici vasitələr əlavə olunmuş su ilə yuyulub qurudulmalıdır. Səthdə olan çatlar və deşiklər lazımi məcunla doldurulmalı və bütün səthə astar tətbiq olunmalıdır. Astarın qurumasından sonra boya tətbiqinə keçmək olar.

Divarın ilk boyanacaq bölgəsi.

Divarın küncləri və birləşmə nöqtələri boya rulosu və kiçik fırça ilə boyanmalı, daha sonra da böyük rulo ilə geniş səthlər boyanır.

Boya neçə qat olmalıdır?

Öncəki boyanın rənginə və səthin vəziyyətinə bağlı olara əsasən 2-3 qat kifayət edir.