SAF Transparent Vernikli Taxta Qoruyucu

alışma dərəcəsi

Məhsul haqqında:

Alkid əsaslı, antiseptik əlavəli, bir komponentli, transparan, rəngli laklı, parlaq taxta qoruyucudur.Aşağıdakı rənglər mövcuddur.
2001 – Sarı/Light Yellow: 2002 – Kestane/Chestnut
2003 – Turuncu/Orange: 2004 – Maun/Mahogany
2005 – Çam/Pine: 2006 – Ceviz/Wallnut
2007 – Meşə/Dark Oak: 2008 – Kızılağac/Rosewood

Xüsusiyyətləri:

Şəffafdır, taxtanın təbii fakturasını qapatmır. Dolğu ilə astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə mügavimətini, dekorativ görkəmini və parlaqlığını uzun müddət qoruya bilir. Atmosfer təsirlərə, günəş işığına, suya, nəmə, maye səthi aktiv maddələrə dayanıqlıdır, Tez quruyur, elastikdir, kif tutmaz.

Tətbiqi:

Qorunması və ağacın təbii görünümünü pozmadan rənglə dekor edilməsi tələb olunan hər cür növ taxtadan istehsal edilmiş müxtəlif çeşidli qapı, pəncərə çərçivələri, bağ və bağça mebelləri, taxta hasarlar və inşaat elementləri, dəniz nəqliyyat vasitələrinin taxta hissələrinin üzərinə dekorativ və qoruyucu örtük olaraq istifadə edilə bilər. Saf Laklı Taxta qoruyucu iç və xarici səthlər üçün nəzərdə tutulub. Taxta səth ən əvvəl cilalana makinası ilə cilalanıb tozdan silinib təmizlənməli, səthin üzərinə kir yağ və ləkələr olduğu səth aktiv maddə ilə təmizlənməli və sonra duru su ilə bir daha silinməlidir. Köhnə boyalı səthlər tamamən təmizlənməlidir. Saf Lak Taxta Qoruyucu vurulan səth quru və təmiz olunmalıdır. Cilalanıb təmizlənmiş səth qaralmamaq üçün dərhal dolğu ilə astarlanıb zaman buraxıla bilər. Dolğu ilə astarlanmış səth 4 saat sonra yüngül cilalanmalı, tozdan təmizlənməl və sintetik tinerlə silinib səth azacıq yumşaldılmalı ki, son qat səth möhkəm yapışsın.

Quruma vaxtı:

25ºC quruma 6 saat, tam quruma 24 saat

Sərfiyyat:

12-14 m2/litr (səthə özəlliyinə bağlı) Faaktiki itkilər nəzərə alınmalıdır.

Saxlama müddəti:

Günəş işığı düşməyən və havalandırması olan məkanlarda ağzı kip bağlı orjinal qablarda, 0-35ºC temperatur altda, qığılcım çıxma imkanı olmayan ortamlarda saxlama müddəti 2 ildir.

Xəbərdarlıq:

R 10: Alovlana bilər. Parlama nöqtəsi 33ºC . R 20/21/22: Udulduqda dəri və tənəffüs ilə təmasda olduqda sağlığa ziyandır. R 36/37/38: Qoruyucu eynək və respiratordan istifadə edin. R 51: Yalnız yaxşı havalandırması olan yerdə istifadə edin.

Təhlükəsizlik tədbirləri:

S 2: Uşaqlardan uzaq yerdə saxlanılmalı. S 3/7/9: Sərin yerdə, ağzı qapalı, orjinal qablaşdırmada saxlanılmalı. S 16: Yanıcı mənbələrdən uzaq saxlanılmalıdır. S 24/25: Göz, üz və dəri ilə təmasda olmasında qorunulmalı. S 29: Kanalizasiya və su kanallarına atılmamalı. S 46: Dəriyə və gözə düşdükdə çox miqdarda su və sabunla yuyulmalı, udulduqda həkimə müraciət edilməlidir.

Məhsulun qablaşdırılması:

0.75 lt.