SAF Alüminium Boya

alışma dərəcəsi

Tərkibi:

Hidrokarbon qətran bağlayıcı əsaslı, istiliyə davamlı, alüminium piqmenti ilə zənginləşdirilmiş sonqat boyadır.

Xüsusiyyətləri:

Tətbiq olunduğu səthə mükəmməl şəkildə yapışır. Örtmə qabiliyyəti yüksəkdr. Asan tətbiq olunur. Tez quruyur. UB şüalara qarşı dayanıqlıdır.

Tətbiq sahəsi:

Bütün dəyişən temperatur şəraitində işləyən metal məmulatlar və konstruksiyalarda istifadə olunur. Buxar qazanları, soba və istilik ötürən borular, dirəklər, neft tankerlərinin xarici səthlərində və digər metal səthlərdə istifadə olunur.

İstifadə qaydaları:

SAF Alüminium Boya tətbiq olunacaq səth hər cür kir, yağ və pastan tamamilə təmizlənməlidir. Tətbiq etməzdən əvvəl yaxşıca qarışdırılmalı  və tətbiqetmə zamanı hər 5 dəqiqədən bir qarışdırılmalıdır. Boya tətbiq edilmək üçün hazır özülülükdədir. Fırça və yaxud tapança ilə tətbiq edilə bilər.

Sərfiyyat:
1 litr Alüminium boya ilə  15-20 m2 səthi boyamaq olar. Saxlama şərtləri:

Ağzı açılmamış  qutuda, sərin  yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə saxlamaq lazımdır.

Saxlama müddəti:

Ağzı açılmamış qabda 2 il

Təhlükəsizlik şərtləri:

R10 alovlana bilər. R20/21/22/25/36 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında və nəfəs aldıqda sağlamlığa zərərlidir. S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 23/24/25 Buxarını udmayın. Göz və dəri ilə təmas etdirməyin. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalandırılmış şəraitdə istifadə olunmalıdır.