alışma dərəcəsi
Məhsul haqqında:
Eksteryer işlər üçün nəzərdə tutulmuş, akrilik kopolimer əsaslı, ləkə tutmayan və qoxusuz yüksək keyfiyyətli mat boyadır. Ən yüksək keyfiyyət standartlarına cavab verir
Xüsusiyyətləri:
Vurulduğu səthlərdə mükəmməl yapışma xüsusiyyəti var, çatlamaz və asanlıqla silinəbilir. Yağış, nəm, günəş şüaları kimi hər növ hava şəraitinə, dəniz kənarlarındakı duzlu nəmin təsirlərinə qarşı son dərəcə dayanıqlıdır. Tənəffüs edə bilmə xüsusiyyəti ilə divardakı rütubətin çölə atılmasına imkan yaradır. Rəngləri solmaz.
Tətbiq sahələri:
Bütün növ fasad işlərində, beton, qaz beton, gips, suvaq, xam, yeni və köhnə divarlarda asan tətbiq edilir.
İstifadə qaydaları:
Fasad boyanı istifadə etməzdən əvvəl boyanacaq səthlər hamar və təmiz olmalı,çirk, yağ, toz və qum kimi yapışmaya mane olan maddələrdən təmizlənməlidir. Yeni suvaqlı səthlərdə 20 gün ( 20° С-də) suvağın quruması gözlənməlidir. Akrillik Məcun ilə astarlandıqdan sonra səthə boya vurulur. Birinci qat 20-25% su ilə, ikinci qat isə 10-15% su ilə qarışdırılaraq ikiqat halında tətbiq olunur. Fırça və rulo ilə vurulur. Temperaturdan asılı olaraq qatlar arasında interval 2 saat olmalıdır. Boyama işini havanın temperaturu +5C-+35C ə olduqda aparılması məsləhət görülür
Sərfiyyat:
Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. ECOLUX Fasad ilə 5-7m² sahə boyanır.
Saxlama şərtləri:
Ağzı açılmamış qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə.
Saxlama müddəti:
Ağzı açılmamış qabda 2 il
Təhlükəsizlik şərtləri:
S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.
