alışma dərəcəsi
Tərkibi
Akrilik kopolimer əsaslı, yüksək keyfiyyətli fasad məcunudur.
Xüsusiyyətləri
Tətbiq olunduğu səthə mükəmməl şəkildə yapışır. Yağış, nəm, günəş işığı kimi hər cür hava şərtlərinə, dəniz sahillərindəki duzlu nəmin dağıdıcı təsirinə qarşı olduqca dayanıqlıdır. Tənəffüs edilə bilmə xüsusiyyəti ilə divardakı rütubətin bayıra çıxmasını təmin edir. Asan tətbiq olunur və tez quruyur. Üzrəinə tətbiq olunacaq boyanın dayanıqlılığını artırır və sərfiyyatını azaldır.
Tətbiq sahəsi
Binaların daxili və xarici hissələrində divar üzərində düzgün bir səth əldə etmək üçün istifadə edilir.
İstifadə qaydası
Akrilik məcun istifadə edilməmişdən əvvəl səth yağ, toz, qabarmış boya qalıqları kimi yapışmanı əngəlləyən maddələrdən təmizləməlidir. Yeni suvaq çəkilmiş səthlərdə 21 gün (20 C- də ) suvağın tutması gözlənilməlidir. Məcun tətbiq edilməmişdən əvvəl səthi sağlamlaşdırmaq üçün astar kimi SAF binder istifadə edilməlidir. Tətbiq etmək üçü şpatel və ya maladan istifadə edilməlidir. Hər qat orta hesabla 3 mm çəkilməlidir. Tətbiq etmə +5 C və 80% rütubətdən az şəraitdə həyata keçirilməlidir.
Sərfiyyat
Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq. SAF AKRİLİK MƏCUN ilə 0,5-1,5m² sahə tətbiq edilə bilər.
Saxlanma şərtləri
İdeal saxlanma temperaturu +10°C ilə +20°C arasıdır. (ağzı açılmamış qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).
Saxlama müddəti
Ağzı açılmamış qabda 2 il