alışma dərəcəsi
Məhsul haqqında:
Xam beton üzərinə tətbiq ediləcək alçı və sement əsaslı suvaqlardan öncə səthin yapışqanlığını artırmaq məqsədiylə istifadə edilən polimerlə modifikasiya edilmiş qətran əsaslı iç və çöl cəbhə astarıdır. Solğun qırmızı rəngli astardır.
İncəldilmə:
Rolik ilə tətbiq edildikdə maksimum 1-2% təmiz su ilə həll edilərək tək qat olaraq tətbiq edilməsi tövsiyyə olunur.
Tətbiqi:
Tətbiq ediləcək səth məhsulun yapışmasını əngəlləyən hər cür kir, pas və yağlardan təmizlənməlidir. Səthdəki xətalar təmir edilməlidir. Səth quru və təmiz olmalıdır. Tətbiqi: İstənilən konsistensiyaya görə 1-2% civarında su ilə aşağı dövrlü qarışdırıcı ilə qarışdırılıb hazırlanaraq rolik ilə səthə tək qat şəklində tətbiq edilir. Tətbiq zamanı SAFKONTAKT müəyyən aralıqlarla qarışdırılmalıdır. Üzərinə suvaq və alçının tətbiq edilməsi üçün səth tam qurumalıdır. (təxminən 24 saat)
Quruma vaxtı:
(20ºC, 65% HR-də): Tam quruma – 24 saatdır (daha yüksək rütubətlilik və aşağı temperaturlarda quruma müddəti uzana bilər)
Sərfiyyat:
Tətbiq ediləcək səthin növünə, əmiciliyinə və strukturuna görə 1 kiloqram ilə tək qatda orta hesabla 4 m2 sahə örtülə bilər. Dəqiq sərfiyyat üçün nümunə testi keçirilə bilər.
Saxlama müddəti:
Açılmamış qutusunda, sərin və quru yerdə dondan və birbaşa günəş işığından qorunaraq 18 ay saxlanıla bilər. Qutunun qapağını istifadədən dərhal sonra hava keçirməyəcəyi şəkildə bağlayın.
Qeyd:
Tətbiq etmə temperaturu +5ºC İLƏ +30ºC olmalıdır.
Təhlükəsizlik tədbirləri:
S2: uşaqların olduğu yerlərdən uzaq tutun. S23: buxarını udmayın. S24/25: göz və dəri ilə təmasından qorunun. S37: münasib əlçək ilə istifadə edin. S46: udulduğu halda dərhal həkimə müraciət edin, qabı və ya etiketi göstərin.
Məhsulun qablaşdırılması:
3.5 lt: 7.5 lt: 15 lt.