alışma dərəcəsi
Məhsul haqqında:
Akrilik kopolimer əsaslı, ipəkmat görünüşlü, yüksək örtücülüyə malik, silinə bilən, dekorativ son qat iç divar boyasıdır.
Xüsusiyyətləri:
SAF TEN hər növ səthə yapışmaq qabiliyyəti olan, çatlamayan və tökülməyən, su ilə silinmə və yuyulmalara davamlı ipək mat iç divar boyasıdır. Zərbə və cızılmalara qarşı dözümlüdür.Hər fəsil asanlıqla tətbiq oluna bilər və tez quruyur. Su əsaslı olduğu üçün qoxusu yoxdur, ətraf mühitin dostudur.
Tətbiqi:
SAF TEN binaların iç divar və tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, məcun ilə alt səth hazırlığı olunmuş səthlərdə, boyanabilən divar kağızı üzərində yarımat son qat boya olaraq istifadə oluna bilər. SAF TEN tətbiqindən əvvəl səth toz, kir və yağdan təmizlənmiş olmalı, qabarıq olan hissələr tamamilə düzləşdirilməli və səth quru olmalıdır.Yeni suvaqlanmış səthlər boyanmadan öncə 4 həftə gözlənilməlidir. Alçıpan səthlər 1:7 nisbətində su ilə həll edilmiş SAF BİNDER məhlulu ilə yuyulmalıdır. SAF BİNDER ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, daha sonra iç divar məcunu tətbiq edilməlidir. Məcun tam quruduqdan sonra divar sumbatalanmalı və quru bezlə silinməlidir. Daha sonra təkrar 1:7 nisbətində su ilə incəldilmiş SAB BİNDER məhsulu ilə yuyulmalıdır. SAF BİNDER ilə yuyulduqdan sonra ən az 5-6 saat gözlənilməli, SAF TEN ilk qat 25-30% ikinci qat isə 10-20% su ilə həll ediləcək fırça və ya rolik vasitəsilə tətbiq edilir. Qatlar arası ən azı 10 saat gözlənilməlidir. İstəyə bağlı olaraq 3-cü qat lazım olarsa eynilə 2-ci qat kimi tətbiq edilə bilər.
Quruma vaxtı:
(20ºC/65% nisbi rütubətdə): 1 saat ərzində quruyur. Tam quruma 24 saatdır.
İncəldilməsi:
İlk qatda 25-30% ikinci qatda isə 10-20% su ilə həll edilməlidir.
Sərfiyyat:
Səthin düzgünlüyündən və hopmasından asılı olaraq tək qatda 1 kq SAF TEN ilə 7-9m2 sahə boyanır. Daha dəqiq sərfiyyatı təyin etmık üçün nümunə işləmlərinin aparılması məsləhətdir.
Saxlama müddəti:
2 ildir. İdeal saxlanma temperaturu +10ºC ilə +20ºC arasıdır. (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).
Saxlama şəraiti:
Havalandırması olan anbarlarda, ağzı bağlı qablaşdırmada, quru və sərin yerdə. Dondan qorunmalı.
Qeyd:
Tətbiq ediləcək səthlərin və məkanın temperaturu +10ºC ilə +30ºC arası olmalıdır.
Təhlükəsizlik tədbirləri:
S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın.
S 46 Udulduqda dərhal həkimə müraciət edin və qablaşma və ya etiketi göstərin.
Məhsulun qablaşdırılması:
15 lt.