24.20₼ – 48.30₼
Səthin tənəffüs etməsinə maneə olmayan, silikon əlavəli, şəffaf, sukeçirməz səth qoruyucusudur. Təbii və süni daşlar, aqlay daşları və beton səthlərdə istifadə olunur.
Xüsusiyyətləri:
– ekoloji sağlamdır
– daş, kərpic, piltə, beton səthlərə vurulur
– fasadda qoruyucu səth yaradır
– daşın rəngi dəyişmir
– səthi yağışdan və nəmdən qoruyur
– səthin şaxtaya davamlılığını artırır
– sürüşkən təsiri yoxdur
Rəngi: Şəffaf maye
Tərkibi: Silikon əsaslı
Sıxlığı: 0.99+0.01kq/l
Açıqlama
Sərfiyyat:
Tətbiq ediləcək səthin növündən və əmiciliyindən asılı olaraq tək qatda 0.15-0.30 l/m²-dir.
Saxlama müddəti:
Açılmamış qablarda, sərin və quru yerdə dondan, birbaşa günəş şüasından qorumaqla 2 il saxlanıla bilər.
Zəmanət və texniki dəstək:
“Saf Chemical” MMC şirkəti yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır. Təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Saf Chemical”MMC şirkəti məsuliyyət daşımır.
Əlavə məlumat
| Həcm | 10l, 5L |
|---|



