114.30₼
Nitrosellüloza əsaslı, hava qurumalı, parlaq son qat boyadır. Mükəmməl yapışma və tez quruma özəlliyi sayəsində, istifadə olunduğu səthdə digər boya sərfiyyatlarını azaldaraq həm keyfiyyət, həm də kəmiyyət baxımdan ehtiyacları təmin edir. Hər cür taxta və səth örtük üzərində istifadəsi mümkündür.
Açıqlama
Sərfiyyat:
Tək qatda 30-35 mikron quru təbəqə yarada biləcək şəkildə tətbiq edilərsə 1 litr SAF SELLÜLOZİK PARLAQ BOYA ilə 10-12m2 sahə boyanır.
Saxlama müddəti:
2 il (ağzı açılmamış orijinal qutuda, sərin yerdə, donmaqdan və birbaşa günəş şüalarının təsirindən qorumaq şərti ilə).
Saxlama şəraiti:
Havalandırması olan anbarlarda, ağzı bağlı qablaşdırmada, quru və sərin yerdə. Dondan qorunmalı.
Xəbərdarlıq:
R10 alovlana bilər. R20/21/22/25/36 iylədikdə, udulduqda, dəri və göz ilə təmasında və nəfəs aldıqda sağlamlığa zərərlidir. R42/43 Zərərlidir, iylədikdə və dəri ilə təmasında allergiya yarada bilər.
Təhlükəsizlik tədbirləri:
S 2 Uşaqların əllərinin çatmayacağı yerlərdə saxlayın. S 3/7/9 Qutunun bağlı halda sərin və yaxşı havalandırılan yerdə saxlayın. S16 Boyanın tətbiqi zamanı siqaret çəkməyin və boyanı alov yarada biləcək məkanlardan uzaq tutun. S 23/24/25/29 Buxarını udmayın. Göz və dəri ilə təmas etməyin. Kanalizasiyaya atmayın. S 37/39 İşləyərkən qoruyucu eynək və maska istifadə edin. S 45/46 Qəza baş verdikdə özünüzü pis hiss etdiyiniz halda və ya udulduqda dərhal həkimə müraciət edin və qutunu və ya etiketi göstərin. S 51 Yaxşı havalndırılmış şəraitdə istifadə olunmalıdır.
Məhsulun qablaşdırılması:
15 lt.
Qeyd:
Tətbiq ediləcək səthlərin temperaturu +150C ilə +350C arası olmalıdır. Boyanın öz temperaturu +120C-dən az olmamalıdır. Qapalı məkanda tətbiq edildikdə məkanın rütubətliliyi 65%-ən çox olmamalıdır.
Əlavə məlumat
| Həcm | 15l |
|---|




