SAF Antijuk

Məhsul haqqında:

Tərkibi yüksək effektli fungisid və biosidlərdən ibarət olan su tərkibli məhsuldur.

İstifadə sahələri:

Bu məhsuldan bütün taxta məmulatlarında-taxta örtüklərində, DCP lövhələrdə və eləcə də mineral səthlərdə istifadə olunur.

İstifadə qaydaları:

Səthin hazırlanması: Məhsulun tətbiq olunduğu səthlər yağdan, çirkdən və tozdan təmizlənməli, lazım gəldikdə cilalanmalıdır.

Tətbiqi:

Məhsulu incəltmədən fırça, vərdənə və ya püskürtmə aparatı ilə səthə ikiqat çəkmək lazımdır. Qatlar arasında 1-2 saat gözlənilməlidir.

Tövsiyələr:

Məhsulun istifadəsi zamanı mühit temperaturu +5°C-dən yuxarı olmalı və havanın nəmliyi 80%-dən asağı olmalıdır.

Texniki göstəricilər:

Tərkibi: Su əsaslı
Sıxlığı: 0.95-1 qr/ml±0.05
Rəngi: şəffaf
Quruma vaxtı:
İlkin quruma: 1-3 saat
Tam quruma: 12-15 saat
Qablaşdırma: 5 və 10 litrlik plastik bidonlarda

Sərfiyyat:

İki qata 0.2-0.3 l/m² istifadə oluna bilər.

Saxlama müddəti:

5-35°C temperaturda açılmamış və birbaşa günəş işığı düşməyən yerdə 2 il saxlanıla bilər.

Xəbərdarlıqlar:

Məhsulu donmadan qoruyun;
Uşaqların əli dəyə biləcəyi yerlərdən uzaq tutun;
Məhsulu sərin yerdə saxlayın, istifadədən sonra qapağını kip bağlayın.

Zəmanət və texniki dəstək:

“Saf Chemical” şirkəti məhsulun müvafiq texniki şərt və dövlət standartlarına uyğunluğuna zəmanət verir;
Şirkətin mütəxəssislərinin rəhbərliyi altında görülən işlər istisna olmaqla, digər istifadəçilər tərəfindən təlimatdan kənar istifadə zamanı yarana biləcək problemlərə görə “Saf Chemical” şirkəti məsuliyyət daşımır.