SAFboya şirkətinin keyfiyyətə nəzarət laboratoriyası istehsal olunan bütün məhsulların keyfiyyətinə nəzarət prosesini həyata keçirir. İstehsal olunan hər bir məhsulun bütün fiziki və mexaniki göstəriciləri laboratoriyamızda təchiz olunmuş dünya standartlarına cavab verən avadanlıqlarla test olunduqdan sonra qablaşmaya yönləndirilir. Keyfiyyət nəzarət laboratoriyamızda olan avadanliqlar: boya, emulsiya, müxtəlif növ yapışdırıcılar və fərqli xammalların üzərində aparılan sınaqlardan dəqiq nəticələr əldə etməyə imkan verir. SAFboya laboatoriyası hər il Azərbaycan Respublikası Standartlaşdirma Metrologiya və Patent üzrə dövlət komitəsinin Texniki Akkreditasiya Atestatına layiq görülür Laboratoriyamızın mütəxəssisləri məhsulun keyfiyyətini son dərəcə dəqiq təyin edir və bu nəticələr Azərbaycan və Avropa standartlarına uyğundur.