Su bazlı boyalar

Su bazlı boyalar

 

 

 

Su bazlı boyalar, yüksək keyfiyyətli eksteryer və interyer işlərin tərtibi üçün istifadə olunur. Dolğu, suda həll olan bağlayıcı və mikroskopik plastik parçacıqlardan ibarət olan bu boyaların, qoxusuz, suya davamlı və rahat tətbiqli olması boya seçimində üstünlük təşkil edir. Həmçinin, ekoloji cəhətdən sağlamlığı və yüksək səviyyədə keyfiyyəti təmin edən bu boyalar, kopolimer əsaslı və ləkə tutmayandır. Əsasən daxili məkan və tavanlarda istifadə olunan su bazlı boyalar, kəmiyyət baxımından da, digər boyalara nisbətən daha münasibdir. Səthə mükəmməl yapışır, elastik strukturu hesabına çatlamır və tökülmür. Su bazlı boyaların tətbiqi zamanı diqqət yetirməli olduğumuz məqam, düzgün fırça seçimidir. Belə ki, tətbiq edilərkən rulon və ya tük fırçaların əvəzinə, sintetik boya fırçasından istifadə edilməlidir. Ən yüksək tələblərə cavab verən su bazlı boyalar iç cəbhə, çöl cəbhə və emulsiya astarları olaraq kateqorizə edilir.

Su bazlı boyalara: saf silan, saf tekstur, saf akrilik məcun, saf fasad, saf sil, saf plastik, saf plus, saf tavan, saf su tut, saf silanastar, saf kontakt, saf ten boya, saf binder, saf sil prim aiddir.

 

Saf silan – eksteryer işlər üçün istifadə olunan akril kopolimer əsaslı, qoxusuz və ləkə buraxmayan mat boyadır (Фасадная краска). Yüksək keyfiyyəti təmin edərək, tətbiq olunduğu səthdə asanlıqla təmizlənmə imkanlarını yaradır.

 

Saf tekstur – suya davamlı və yüksək örtücülüyə malikdir. Hər növ zəminə yapışan, dekorativ fasad boyasıdır.

 

Saf akrilik məcun – nəmə, yağışa, günəş işığı və s. kimi hava şəraitlərinə dayanıqlıdır. Dəniz sahillərindəki duzlu zəminlərə də tətbiqi mümkün olan fasad məcunudur.

 

Saf fasad – bütün növ fasad işlərində: beton, qaz beton, gips və köhnə divarlarda belə tətbiqi mümkündür. Tətbiqdən öncə səth təmiz olmalı, çirk, toz, qum və s. kimi məhsullardan təmizlənməlidir.

 

Saf sil – Məkanların iç divar və tavanlarında, daha əvvəl boyanmış və rəngini itirmiş səthlərdə, son qat boya olaraq tətbiq edilir.

 

Saf plastik – emulsiya əsaslı dekorativ interyer boyasıdır. Nəfəs almanı təmin edərək, rütubətin qarşısını alır.

 

Saf plus – akrilik kopolimer emulsiya əsaslı, silinəbilən mat boyadır. Tətbiq edilməzdən öncə, çatlamış səthlər qaşınmalı və Saf binder ilə astarlanmalıdır.

 

Saf tavan – binaların tavanlarında istifadə olunan iç tavan boyasıdır. Tavandan savayı səthlərdə istifadə edilməsi tövsiyyə edilmir.

 

Saf su tut – su izolyasiyası üçün təkmilləşdirilmiş dekorativ, ağ rəngli boyadır. İç və çöl məkanlarda, nahamar zəmində, eyvan, hovuz, su depoları və s. məkanlarda əminliklə istifadə olunur.

 

Saf silanastar– silikon əsaslı çöl cəbhə boyası astarıdır. Hər növ səthlərdə astar olaraq istifadəsi mümkündür.

 

Saf kontakt – alçı və sement əsaslı suvaqlardan öncə səthdə istifadə olunur. Solğun qırmızı rəngli olan bu məhsul, su ilə qarışdırılaraq 1 qat tətbiq edilir.

 

Leave a reply